Ara
Populyar Axtarışlar
Stəkan
Qazan dəsti
Termos
Çörək Qutusu
Populyar Brendlər
Karaca
Karaca Home
Evfemiya
Crystal Bohemia
RCR
Jumbo
BergHOFF
Ariete

BİR KLİK İLƏ SİFARİŞ

Karaca Çaysever 3 In 1 Danışan Su Isıdıcı Və Mama Suyu Hazırlama Şüşə Çay Makinası Starlight

Məhsulun Barkodu:    203866
244.9 ₼
Hissəli Alış: 244.9 ₼
27.21 ₼

 

Məhsulun Məzmunu

 

Çayı ən gözəl dəmləyən odur, dəmlənəndə də özü xəbər verir! Cəmiyyət olaraq çaya bağlılığımız aydındır – çox sevirik, çox da içirik. Elə buna görə də çayın dadına, dəminə, təzəliyinə və qatı-şirinliyinə xüsusi diqqət edirik. Çünki ən yaxşısını bilirik, ən yaxşısını da istəyirik. Karaca Çaysever 3 in 1 Danışan Şüşə Çay Makinesi ilə isə hər zaman təzə və ləzzətli çay içmək mümkündür. Çünki cihaz çay dəmləndikdə xəbər verir, ideal dəmləmə istiliyini özü seçir. Üstəlik, su qaynatmaq, çay dəmləmək və körpələr üçün mama suyu hazırlamaq üçün müxtəlif temperatur dərəcələrinə malikdir.

Artıq ocaqda alovu açıq unudub çox dəmlənən və ya gözlədikcə bayatlayan çaylara son! Daha dadlı, daha balanslı və həmişə təravətli çay üçün Çaysever 3 in 1-i sınayın!

Funksiyalar

Çay Demləmə Funksiyası
Sadəcə bir düymə ilə 15 dəqiqəyə çayınız hazır olur və 60 dəqiqə ərzində təzə qalır.

Mama Suyu Funksiyası
Mama hazırlamaq üçün suyu 40°C-də isitmə imkanı verir və ideal şərait yaradır.

Su Qaynatma Funksiyası
Xüsusi qapağı sayəsində suyu tez qaynadaraq çay, qəhvə və digər isti içkilər üçün istifadə edə bilərsiniz.

Təzəlik Bildirimi
Təzəlik göstəricisi çayınızın hələ də təravətli olub-olmadığını izləməyə kömək edir.

Danışaraq Bildirmə
“Çay dəmləndi, nuş olsun” və ya “Su qaynadı” kimi səsli elanlarla sizi məlumatlandırır.

Şüşə Gövdə
Şüşədən hazırlanmış dəmlik və su qızdırıcı ilə sağlam və uzunömürlü istifadə imkanı yaradır.

İstini Saxlama Funksiyası
Çay, qəhvə və suyunuz uzun müddət isti qalır.

Ailəvi Tutum
0,8 litr şüşə dəmlik və 1,5 litr şüşə su qızdırıcı ilə ailəniz və qonaqlar üçün idealdır.

Güclü Rezistanslar
1700 Watt gücü ilə suyu və çayı sürətlə hazırlayır.

Avtomatik Sönmə
Unutsanız belə cihaz özü avtomatik sönür və təhlükəsizlik təmin olunur.

Susuz İşləmə Qoruması
Su olmadıqda cihaz özü dayanır və səhv istifadənin qarşısını alır.

Texniki Xüsusiyyətlər

  • Ümumi həcm: 2,3 litr

  • 0,8 lt şüşə dəmlik

  • 1,5 lt şüşə su qızdırıcı

  • Ölçü: 17 x 25 x 35 sm

  • Güc: 1700 Watt

  • BPA-sız material

  • Su qızdırıcı qapağı

Karaca Çaysever 3 in 1 – çay zövqünüzü ən müasir və ən rahat formada yaşadın.

 


 

Məhsulun Xüsusiyyətləri

 

Marka: Karaca
Ölkə: Türkiyə
Material: Paslanmaz Polad
Gücü: 1700 Watt
Məhsulun Kodu: 203866

 

OXŞAR MƏHSULLAR