Ara
Populyar Axtarışlar
Stəkan
Qazan dəsti
Termos
Çörək Qutusu
Populyar Brendlər
Karaca
Karaca Home
Evfemiya
Crystal Bohemia
RCR
Jumbo
BergHOFF
Ariete

BİR KLİK İLƏ SİFARİŞ

Bialetti Rainbow 3 Fincanlıq Yaşıl Qəhvəbişirici

Məhsulun Barkodu:    751260
84.9 ₼
Hissəli Alış: 84.9 ₼
9.43 ₼

 

Məhsulun Məzmunu

 

Bialetti Rainbow – Yüksək keyfiyyətli alüminiumdan hazırlanmış klassik İtaliya mokapotudur. Ergonomik dizaynı, istiyə davamlı silikon tutacaqları və rahat istifadəsi ilə seçilir. Cəmi bir neçə dəqiqəyə dadlı və ətirli İtalyan espressosu hazırlamağa imkan verir.

İstifadəsi olduqca sadədir: alt hissəyə təhlükəsizlik klapanından aşağıya qədər su əlavə edin, filtr hissəsinə isə üyüdülmüş qəhvə tökün, sonra hissələri birləşdirərək qaz və ya elektrik sobasında bişirin. Su buxarlanaraq qəhvənin üzərindən keçəcək və yuxarı bölmədə espresso şəklində toplanacaq. Hazırlama prosesi bir neçə dəqiqə çəkir.

3 fincanlıq (3 tz) modeldə təxminən 150 ml qəhvə hazırlanır. Moka qəhvəbişiriciləri həmişə göstərilən maksimum həcmdə qəhvə hazırlayır, buna görə də model seçərkən gündəlik istifadə miqdarınızı nəzərə almağınız tövsiyə olunur.

Qabyuyan maşında yuyulması məsləhət görülmür. Yalnız əllə və təmiz su ilə yuyulmalıdır, yuyucu vasitələrdən istifadə edilməməlidir. Filtr üzərində yerləşən rezin conta zamanla dəyişdirilməlidir.

Bialetti Rainbow elektrik və qaz sobaları üçün uyğundur.

 

 


 

Məhsulun Xüsusiyyətləri

 

Marka: Bialetti
Ölkə: İtaliya
Material: Aluminium
Həcm: 130 ml
Məhsulun Kodu: 751260

 

OXŞAR MƏHSULLAR